Putindən Əsədə: "Düzələr, düzələr, siz dəvət edin o gələr"


Suriya prezidenti Bəşər Əsəd ABŞ prezidentini qəbul etmək üçün hazır olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə ABŞ prezidenti Donald Trampı Dəməşqə dəvət etməsini təklif edib. Görüşdə Əsəd Putinə bir əfsanəni misal çəkərək zarafatla, "Tramp da Dəməşqə Pavlus kimi gələrsə onun hər işi qaydasına düşər" deyib. Putin isə cavabında, "Düzələr, düzələr, siz dəvət edin o gələr", deyib.
Qeyd edək ki, rəvayətə görə, Pavlus Dəməşqə gedərkən göy üzündən gələn parlaq işıq onun gözlərini kor edib. Həmin vaxt İsa peyğəmbər onun qarşısına çıxaraq yenidən görə bilməsi üçün göstərdiyi yolla getməsini bildirir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top