Jurnalist Orxan Camalın qətli ilə bağlı YENİ FAKTLAR


2018-ci ildə Mərkəzi Afrika Respublikasında öldürülən əslən Azərbaycandan olan rusiyalı jurnalist Orxan Camalın öldürülməsinin səbəbi məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin öldürülməsinin səbəbi qarət olub. Bunu İstintaq Komitəsinin sədri İqor Krasnov “Kommersant”a müsahibəsində deyib. Onun sözlərinə görə, jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev 28 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasına turist vizası ilə gəliblər. 30 iyul tarixində onlar nəqliyyat vasitəsi ilə naməlum şəxslə görüşmək üçün Bambari əhərinə yola düşüblər. Daha sonra Orxan Camalın da olduğu nəqliyyat vasitəsi bir qrup qaradərili şəxs tərəfindən saxlanılıb və onlardan foto, videoavadanlıqları tələb ediblər. Rədd cavabı aldıqda isə cinayətkarlar Rusiya vətəndaşlarını güllələyiblər.
İ.Krasnov həmçinin, bu ölkədə gecə səyahət etməyin təhlükəli olması barədə Orxan Camal və dostlarına xəbərdarlıq edildiyini bildirib. 
Qeyd edək ki, Rusiyanın tanınmış jurnalisti Orxan Camal 31 iyul 2018-ci il tarixində Mərkəzi Afrika Respublikasında dostları ilə birlikdə qətlə yetirilib. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top