Deputatlığa namizədlikdən imtina edənlərin sayı - Dairələr üzrə TAM SİYAHI


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyini irəli sürən şəxslərin dairələr üzrə ilkin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, deputatlığa namizədliyini irəli sürən şəxslərin bəziləri namizədliklərini geri götürüblər. MSK tərəfindən açıqlanan məlumatda onların öz  namizədliklərini hansı səbəbdən geri götürdükləri barədə məlumat verilmir.
Məlumat üçün bildirək ki, namizədliklərini geri götürənlərin sayı ən çox 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində qeydə alınıb. Bu dairədən 13 nəfər namizədliyini geri götürüb. Bildirək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən hakim partiyanın - YAP-ın namizədi hazırda həmin dairəni Milli Məclisdə təmsil edən İmamverdi İsmayılovdur. Maraqlıdır ki, YAP-dan başqa 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən cəmi 3 partiya VHP (Vətəndaş Həmrəyliyi Partiyası), ÜMİD Partiyası və AVP (Ana Vətən Partiyası) öz namizədini irəli sürsə də, hər 3 partiyanın namizədləri öz namizədliklərini geri götürüblər.
Bundan başqa 24 saylı Nizami birinci, 41 saylı Sumqayıt birinci, 48 saylı Yevlax, 107 saylı Qazax, 113 saylı Şəki şəhər seçki dairələrinin hər birindən 12 nəfər öz namizədliklərini geri götürüblər.
Qeyd edək ki, YAP-ın 24 saylı Nizami birinci seçki dairəsindən namizədi Elnur Mustafayev, 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizədi Hicran Hüseynova, 48 saylı Yevlax seçki dairəsindən namizədi İlham Məmmədov, 107 saylı Qazax seçki dairəsindən namizədi Səməd Seyidov, 113 saylı Şəki şəhər seçki dairəsindən namizədi Vüqar İsgəndərov olub.
15 seçki dairəsindən isə heç kim namizədliyini geri götürməyib. 18 seçki dairəsi üzrə isə namizədliyini geri götürənlərin sayı minimum səviyyədə olub - hər dairədən cəmi 1 nəfər.
Deputatlığa namizədlikdən imtina edənlərin sayı dairələr üzrə belə olub:
Seçki Dairələri Namizədlikdən imtina edənlərin sayı
1 saylı Şərur-Sədərək  
2 saylı Şərur 1
3 saylı Babək-Kəngərli-Naxçıvan  
4 saylı Naxçıvan şəhər  
5 saylı Şahbuz-Babək  
6 saylı Culfa-Babək  
7 saylı Ordubad-Culfa  
8 saylı Binəqədi birinci 2
9 saylı Binəqədi ikinci 11
10 saylı Binəqədi üçüncü  
11 saylı Qaradağ 1
12 saylı Qaradağ-Binəqədi-Yasamal 5
13 saylı Xəzər - Pirallahı 2
14 saylı Xəzər 1
15 saylı Yasamal birinci 10
16 saylı Yasamal ikinci 5
17 saylı Yasamal üçüncü 7
18 saylı Nərimanov-Nizami 2
19 saylı Nərimanov birinci 6
20 saylı Nərimanov ikinci 4
21 saylı Nəsimi birinci 1
22 saylı Nəsimi ikinci 8
23 saylı Nəsimi-Səbail 4
24 saylı Nizami birinci 12
25 saylı Nizami ikinci seçki 4
26 saylı Sabunçu birinci 1
27 saylı Sabunçu ikinci 7
28 saylı Sabunçu üçüncü 2
29 saylı Səbail 3
30 saylı Suraxanı birinci 3
31 saylı Suraxanı ikinci 10
32 saylı Suraxanı üçüncü 8
33 saylı Xətai birinci 6
34 saylı Xətai ikinci 4
35 saylı Xətai üçüncü 3
36 saylı Xətai dördüncü 11
37 saylı Nizami birinci (Gəncə) 6
38 saylı Nizami ikinci (Gəncə) 2
39 saylı Kəpəz birinci (Gəncə) 8
40 saylı Kəpəz ikinci (Gəncə) 4
41 saylı Sumqayıt birinci 12
42 saylı Sumqayıt ikinci 6
43 saylı Sumqayıt üçüncü 4
44 saylı Sumqayıt-Xızı 9
45 saylı Abşeron 6
46 saylı Şirvan 3
47 saylı Mingəçevir 1
48 saylı Yevlax 12
49 saylı Yevlax-Mingəçevir  
50 saylı Abşeron-Qobustan 3
51 saylı Qusar 2
52 saylı Quba  
53 saylı Quba-Qusar 1
54 saylı Şabran-Siyəzən  
55 saylı Xaçmaz şəhər 1
56 saylı Xaçmaz kənd 4
57 saylı Kürdəmir 4
58 saylı Hacıqabul-Kürdəmir 6
59 saylı Salyan 5
60 saylı Salyan-Neftçala 1
61 saylı Neftçala 5
62 saylı Saatlı 1
63 saylı Sabirabad birinci  
64 saylı Sabirabad ikinci 3
65 saylı Saatlı-Sabirabad-Kürdəmir 2
66 saylı Biləsuvar 1
67 saylı Cəlilabad şəhər 5
68 saylı Cəlilabad kənd 4
69 saylı Cəlilabad-Masallı-Biləsuvar 3
70 saylı Masallı şəhər 6
71 saylı Masallı kənd 4
72 saylı Yardımlı-Masallı 6
73 saylı Lənkəran şəhər 2
74 saylı Lənkəran kənd  
75 saylı Lənkəran-Masallı 4
76 saylı Lənkəran-Astara 4
77 saylı Astara 2
78 saylı Lerik 4
79 saylı İmişli 4
80 saylı İmişli-Beyləqan 6
81 saylı Beyləqan 3
82 saylı Ağcabədi 3
83 saylı Ağcabədi-Füzuli 2
84 saylı Füzuli 3
85 saylı Şamaxı 8
86 saylı İsmayıllı 2
87 saylı Ağsu-İsmayıllı 5
88 saylı Göyçay 1
89 saylı Göyçay-Ağdaş 2
90 saylı Ağdaş seçki  
91 saylı Ucar 1
92 saylı Zərdab-Ucar  
93 saylı Bərdə şəhər 7
94 saylı Bərdə kənd 4
95 saylı Tərtər  
96 saylı Goranboy-Naftalan 1
97 saylı Goranboy-Ağdam-Tərtər 1
98 saylı Şəmkir şəhər 6
99 saylı Şəmkir kənd 4
100 saylı Şəmkir-Daşkəsən 5
101 saylı Göygöl-Daşkəsən 9
102 saylı Samux-Şəmkir 8
103 saylı Gədəbəy 4
104 saylı Gədəbəy-Tovuz 7
105 saylı Tovuz 1
106 saylı Tovuz-Qazax-Ağstafa 4
107 saylı Qazax 12
108 saylı Ağstafa 2
109 saylı Balakən 4
110 saylı Zaqatala 5
111 saylı Zaqatala-Balakən 3
112 saylı Qax 1
113 saylı Şəki şəhər 12
114 saylı Şəki kənd birinci 2
115 saylı Şəki kənd ikinci 3
116 saylı Qəbələ 8
117 saylı Oğuz-Qəbələ 1
118 saylı Ağdam şəhər 1
119 saylı Ağdam kənd 5
120 saylı Cəbrayıl-Qubadlı 7
121 saylı Laçın 8
122 saylı Xankəndi 3
123 saylı Kəlbəcər 3
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd 6
125 saylı Zəngilan-Qubadlı 13

DİGƏR XƏBƏRLƏR

Top