Avstraliyada yanan ərazilərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - FOTOLAR


Avstraliyada baş verən meşə yanğınların söndürülmüş əraziləri yenidən çiçəklənməyə başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı fotoqraf Murray Love yanğının ən aktiv olduğu bölgələrdə çəkiliş edərkən meşənin söndürülmüş ərazilərində yenidən çiçəklənmənin olduğunu görüb. O, kül olan sahələrin yenidən çiçəklənməsinin ümid verdiyini deyib: “Bu, axtardığımız və görmək istədiyimiz yenilənmənin göstəricisidir. Avstraliyanın məşhur meşələrinin yenidən doğuşunun şahidi oluruq”.
Fotoqrafın sosial şəbəkələrdə paylaşdığı fotolar izləyicilərin sevincinə səbəb olub.
Qeyd edək ki, ötən ilin sentyabr ayından başlayan yanğınlar son günlər daha da güclənib. Bununla bağlı Avstraliyada 3-cü fövqəladə vəziyyət elan olunub. Vətəndaşlar yanğınların qarşısının alınması üçün səfərbər edilib. 40-dan çox xilasedici həlak olub, 500 milyondan çox heyvan yanaraq tələf olub, bir qrup heyvanın nəsli kəsilib, 4 milyon hektardan çox meşə sahəsi yanıb.


İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top