Ukrayna təyyarədə ölən şəxslərin ailəsinə bu qədər təzminat verəcək

 
Ukrayna İranın səhvən vurduğu təyyarədə ölən şəxslərin ailəsinə təzminat verəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna baş naziri Aleksey Qonçaruk İranın səhvən vurduğu təyyarədə ölən şəxslərin ailəsinə 8 min 3 yüz dollar təzminat ödəyəcəklərini açıqlayıb:
"Qəzada həyatını itirən hər bir şəxsin ailəsinə təkrarən baş sağlığı verirəm. Bu faciənin təsiri heç bir vaxt itməyəcək".
Qeyd edək ki, İran da hadisə ilə bağlı təzminat ödəyəcəyini bildirib ancaq, hələlik bu barədə ətraflı məlumatlar verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın raket zənn edərək səhvən Ukrayna təyyarəsini vurması nəticəsində 180 nəfər dünyasını dəyişmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top