Daha bir vulkan püskürməsi baş verdi – 6 min 346 nəfər təxliyyə edildi - FOTO


Filippindəki Taal vulkanı 24 saat ərzində iki dəfə püskürüb.
Yeniavaz.com xarici KİV-ə istnadən xəbər verir ki, bu barədə Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Heyəti məlumat yayıb. Məlumata görə, ilk vulkan püskürməsi dünən baş verib və 52 vulkanik zəlzələ qeydə alınıb. Bildirilir ki, yanardağdan çıxan küllər 100 kilometr şimala doğru yayılıb və Filippinin paytaxtı Manila şəhərinin cənubuna ciddi təsir edib. Bununla əlaqədar Manila beynəlxalq hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Hadisə nəticəsində 6 min 346 nəfər təxliyyə edilib, ölən və yaralananların olmadığı bildirilib.
Qeyd edək ki, Taal vulkanı dünyanın ənkiçik yanar dağı ols da, Filippində aktiv vulkanlardan biridir. Səlahiyyətli şəxslər, yanardağın bir müddət aktiv olaraq qalacağını bildiriblər.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top