
ABŞ-ın NBC televiziya kanalı iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatı barədə yeni məlumatlar yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, general Süleymaninin öldürülməsi əməliyyatı barədə əvvəldən məlumatı olan xarici liderlər arasnda yegana şəxs İsrail baş naziri Bünyamin Netanyahu olub. Verilən məlumatlarda əməliyyata İsrail agentlərinin də kömək etdiyi bildirilir. Yeni məlumatlarda qeyd edilir ki, Süleymani İraqa gedəndədə CİA onun hansı təyyarə ilə uçacağını təxminən bilirdi. Bu səbəbdən məlumatı dəqiqləşdirmək üçün hava limanındakı İsrail agentlərinə müraciət edilib. Onlar Süleymaninin addım-addım izləyərək hansı təyyarəyə mindiyini və nə vaxt yola düşdüyünü ABŞ xarici kəşfiyyatına bildirib. Əməliyyatın davamında ən vacib an generalı İraqda təyyarədən enərkən izləmək idi. Bunu isə CİA və İsrail kəşfiyyatı birgə edir. Bu vaxt artıq ABŞ-a aid 3 pilotsuz təyyarə 4 ədəd raketlə silahlanmış halda hava limanı yaxınlığındakı təpəliklərdən birində hazır dayanmışdı. Nəhayət Süleymani təyyarədən çıxır və enməyə başlayır. Bu vaxt bütün kəşfiyyatçılar xəbərləşir və dəqiqələr sonra ediləcək hücum barədə əmr verilir. Süleymani təyyarədən düşüb, onu qarşılayan şəxslərlə görüşür və avtomobilinə minərkən ABŞ ordusuna aid 3 pilotsuz təyyarə hərəkətə keçir və hər iki avtomobil darmadağın edilir. NBC televiziyasının yaydığı məlumatlarda deyilir ki, CİA direktoru Qina Haspel və ABŞ-ın Müdafiə naziri Mark Esper əməliyyatı anbaan izləyib. Prezident Donald Tramp isə həmin vaxt Florida ştatında istirahətdə olub. Əməliyyatdan bir gün sonra ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Netanyahuya zəng edərək etdikləri köməyə görə, təşkkürünü bildirib.
Ruslan Yusibov