Xəlifə Haftarın ordusu Türkiyəyə aid pilotsuz təyyarəni vurub


Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu minaatanla Türkiyənin pilotsuz təyyarəsinin vurulduğunu bəyan edib. 

Bu barədə Əl-Karama Əməliyyat Qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bazar günü axşam saatlarından etibarən Liviya Milli Ordusu ilə Milli Barışıq Hökuməti arasında hərbi əməliyyatlar dayandırılaraq atəşkəs elan edilib. Tərəflərin hər biri atəşkəsin pozulmasında cavabdehlik daşıyacaqlarını vəd ediblər.//APA

DİGƏR XƏBƏRLƏR

Top