Atəşkəsdən sonra Faiz Sərrac və Ərdoğan Türkiyədə görüşdü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sərracıı qəbul edib.

Yeniavaz.com “euronews”ə istinadla xəbər verir ki, Liviyanın şərqini nəzarətdə saxlayan Xəlifə Haftarın tərəfdaşları və Liviya Milli Razılıq Hökuməti Türkiyə və Rusiyanın atəşkəslə bağlı çağırışna müsbət cavab verdi.
Atəşkəsin başlaması ilə Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sərrac Türkiyəyə səfər edib və R. T. Ərdoğanla görüşüb. Təxminən 2 saat 30 dəqiqə davam edən görüşə mətbuat nümayəndələri qəbul edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top