BMT Baş Assambleyası bu ölkələri səsvermə hüququndan məhrum etdi - SƏBƏB


BMT 7 dövləti Baş Assambleyada səsvermə hüququndan məhrum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT özünün rəsmi saytında məlumat verib.
Bildirilib ki, Venesuela, Qambiya, Yəmən, Lesota, Livan, Tonqa və Mərkəzi Afria Respublikası üzvlük haqqı ödəmədikləri üçün BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.
Bu ölkələr arasında ən böyük həcmdə borc Venesuelanın payına düşür. Karakasın BMT-yə 21 milyon dollar borcu var.
Borclular siyahısında Komor adaları, Somali, San-Tome və Prinsipi kimi ölkələr də var. Ancaq Baş Assambleya həmin ölkələrə 74-cü sessiyaya qədər səsvermədə iştirak etməyə icazə verib.

DİGƏR XƏBƏRLƏR

Top