Ukraynada maşın oğurlayan azərbaycanlı həbs edildi

Azərbaycan vətəndaşı Ukraynada maşın oğurlayıb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə Vinnitsa rayonunda baş verib. 

Rayon sakini 63 yaşlı şəxs polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin oğurlandığını bildirib. 

Axtarışlar zamanı sözügedən avtomobil bir gün sonra Yakuşnuç kəndində bir kafenin yaxınlığında aşkarlanıb. 

Bəlli olub ki, nəqliyyat vasitəsini 44 yaşlı Azərbaycan vətəndaşı oğurlayıbmış. Onun kimliyi haqqında məlumat verilməyib. 

Polis tərəfindən saxlanılan və haqqında 60 sutkalıq həbs qərarı çıxan azərbaycanlı günahı sübuta yetirilsə 5 il məhkum ediləcək. 

DİGƏR XƏBƏRLƏR

Top