Səfirliyin Təhlükəsizlik Xidmətinin rəisi Tahir Kərimliyə rəqib oldu

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə qeydə alınan deputatlığa namizədlərdən biri səfirlik əməkdaşıdır. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, həmin şəxs Çingiz Məmmədovdur.  

Ç.Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində çalışır.  

O, səfirliyin Təhlükəsizlik Xidmətinin rəisidir.  

Ç.Məmmədov ixtisasca hüquqşünasdır. Eyni dairədən beşinci çağırış Milli Məclisin deputatı Tahir Kərimli də deputatlığa namizəddir.  

Qeyd edək ki, bu ilin fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top