Tramp İrandakı etirazçılara fars dilində dəstək verdi - FOTO

ABŞ Prezidenti Donald Tramp İranda keçirilən etiraz aksiyalarını dəstəklədiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, ABŞ prezidenti hətta bununla bağlı“Twitter” səhifəsində fars dilində öz fikilərini də paylaşıb.

O, İran xalqına müraciət edərək aksiyaları izlədiyini bildirib: “Cəsur və iztirablı İran xalqına: Prezidentliyimin ilk günündən sizi dəstəkləyirəm və mənim hökumətim sizi dəstəkləməyə davam edəcək. Etiraz aksiyalarınızı izləyirik. Sizin cəsarətiniz ilhamlandırır”.

Qeyd edək ki, Tehranda qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram nümayiş etdirmək üçün xalq küçələrə çıxıb. Nəticədə anım mərasimi rejimə qarşı etiraz aksiyasına çevrilib. Buna səbəb isə İran rəsmilərinin Ukrayna Hava Yollarına aid “Boeing 737” təyyarəsinin səhvən vurulmasını etiraf etmələri olub. Ukraynaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində isə 167 sərnişin və doqquz heyət üzvü həlak olub. 

DİGƏR XƏBƏRLƏR

Top