Las-Veqasda yeni uçan taksi modeli nümayiş etdirilib - VİDEO


Las-Veqasda (ABŞ) keçirilən Beynəlxalq Məişət Elektronikası (“Consumer Electronics Show”) sərgisində uçan taksi tammiqyaslı modelini nümayiş etdiriblər.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai" ilə birgə “Uber” şirkəti tərəfindən hazırlanıb. Nəqliyyat vasitəsi üfüqi, hətta şaquli vəziyyətdə uça biləcək, həmçinin havada qalacaq. Sözügedən vasitənin 4 sərnişin və pilot üçün nəzərdə tutulub. Gələcəkdə nəqliyyat vasitəsinin avtonom olacağı planlaşdırılır.
 
İstehsalçıların məlumatına görə, uçan taksi karbon qazının tullantılarını azaltmaq üçün tamamilə elektrik enerjisi ilə işləyəcək. Onun şarjı üçün təxminən 5-7 dəqiqə vaxt tələb olunur. Əks istiqamətlərdə fırlanan qanadlar sayəsində səs-küy səviyyəsi aşağı olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top