Bakı-Quba yolunda qəza, 5 nəfər xəsarət alıb


Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Maşında sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan  2 nəfərin şəxsiyyəti məlum olub. Onlar - 1990-cı il təvəllüdlü Abdullayeva İlahə Ədalət qızı və 1959-cu il təvəllüdlü Qarayeva İmarət Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top