Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb


Ermənistanda H1N1 tipli “A” qripindən ("donuz qripi") ölüm halı qeydə alınıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

“Dünən qripdən ölüm hadisəsi qeydə alınıb. Laborator tədqiqatlar nəticəsində A / H1N1 virusunun bir alt növü təsdiqlənib. Həmin şəxs xəstəliyin 10-cu günündə boğulma ilə həddindən artıq ağır vəziyyətdə həkimlərə müraciət edib”.

Mətbuat xidməti bildirib ki, 11 yanvar tarixinə kəskin respirator infeksiya ilə tibb müəssisələrinə müraciət edənlərin 668 nəfəri xəstəxanalara yerləşdirilib. Onların da, 97,9% -i 18 yaşınadək uşaqlardır.

“31 xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Onların əksəriyyəti 5 yaşınadək uşaqlardır”, deyə məlumatda bildirilib.//Report

DİGƏR XƏBƏRLƏR

Top