Azərbaycanda intiharın qarşısı belə alındı - ANBAAN VİDEO


Ağcabədi rayonunda intihar hadisəsinin qarşısı alınıb. 
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, 11 yanvar 2020-ci il tarixində nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində 1 nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.
Dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top