Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 4 a ünvanında ağac kəsintisi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
ETSN-nin regional ekologiya idarəsinin rəisi Əlişah Rəcəbov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Abad məhəllə" layihəsi çərçivəsində abadlıq işlərinin aparıldığı, yaşıllıqlara aqrotexniki xidmət göstərildiyi müəyyən edilib.
“Araşdırma zamanı piyada səkisində sakinlərin gediş-gəlişinə maneçilik törədən bir ədəd Oleyandr kolunun götürüldüyü məlum olub”.
Ə.Rəcəbov onu da qeyd edib ki, "Abad məhəllə" layihəsi çərçivəsində məhəllələrdə yeni yaşıllıqlar salınır, sakinlərin, uşaqların istirahətinə şərait yaradan guşələr yaradılır. Bu məhəllədə də onlarla ağac və kol bitkiləri əkiləcək.(report)