Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun


Bakının Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb. 
Bu barədə Yeniavaz.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 
Məlumata görə, Agentliyin əməkdaşları tərəfindən qısa müddət ərzində fiber-beton üzlükləri yenisi ilə əvəzlənib.
Agentlik sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top