Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı


Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. 
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2354 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1764 nəfəri imza vərəqələrini qaytarıb, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”. 
M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 185 nəfəri 16 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir: “ 6  nəfərin namizədliyi təşəbbüs qrupları, 743 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”. Namizədliyi qeydə alınan 934 nəfərdən 267 nəfəri 22 partiyanın üzvüdür. (APA)

DİGƏR XƏBƏRLƏR

Top