Bakıda sürücü avtobusda tapdığı pulla dolu çantanı sahibinə qaytardı


Bu gün səhər 49 nömrəli müntəzəm marşrut xətti üzrə 90 VS 437 DQN-lı avtobusda vətəndaşa məxsus sənədlər, 1200 azn, 3000 dollar pul və qızıl zinət əşyaları aşkar edilib.
Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, avtobus sonuncu dayanacaqda olan zaman aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib. Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib. Əşyalarının tapılmasından mənun olan sərnişin buna görə təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top