Azərbaycanda yol qəzasında 90 yaşlı kişi öldü


Oğuz rayonunda yol qəzasında 90 yaşlı kişi ölüb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Yusif Abdulqədirovun idarə etdiyi minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə Y.Abdulqədirov və onun sərnişini, 1929-cu il təvəllüdlü Əhməd Rəhimov ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
90 yaşlı Ə.Rəhimov xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top