İran Ukrayna təyyarəsini səhvən necə vurub? - Qəzanın qaranlıq tərəfləri


"TheTelegraph" İran tərəfindən Ukrayna təyyarəsinin raketlə səhvən vurulması hadisəsi ilə bağlı vacib məlumatlar yayımlayıb.
Yeniavaz.com "TheTelegraph"a istinadla xəbər verir ki, bu gün İran Ukrayna təyyarəsini səhvən vurduğunu açıqladı. Beynəlxalq müdafiə və təhlükəsizlik məsələləri üzrə müstəqil beyin mərkəzi olan "The Royal United Services Institute" İranın sərnişin təyyarəsini səhvən necə vurması barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, İrana uçuş planlı şəkildə olub. Təyyarənin koordinantları, uçuş istiqaməti və digər məlumatlar aydın şəkildə Tehrana əvvəlcədən verilib. İranın bütün məlumatlara sahib olduğu halda həmin təyyarəni səhvən vurması olduqca müəmmalıdır. Raketin ABŞ tərəfindən atılması ehtimalı da zəifdir, çünki, belə bir hadisə baş versəydi İran sərhədlərini izləyən radarlar bunu mütləq qeyd etməl idi. Ancaq, belə bir halın olmadığını İran da təsdiqləyib.
Bəs təyyarə səhvən necə düşürülüb?
"The Royal United Services Institute"un yaydığı məlumatlarda təyyarəni vuran raketin Tehranda yerləşən Mehrabad hava hücumundan müdafiə bazasında yerləşdirilən Rusiya istehsalı SA-15 "Tor M-1" olduğu bildirilir. Qəza yerində çəkilən şəkillər də bunu sübut edir. Böyük ehtimalla İranın İraqdakı hərbi hissələrə ballistik raket atəşlərinin ardından ABŞ-ın cavab verəcəyindən qorxan, zəif təlim keçmiş hərbçilərin raketi idarə edərkən səhvən atdığı addımdır. Digər bir ehtimala görə isə bəhs etdiyimiz raketi idarə edən şəxslərə İranın hava sahəsindəki hərəkətlə bağlı dəqiq məlumatlar verilməyib. Onlar da hücumun edildiyi saatlarda hava sahəsində sərnişin təyyarəsinin olduğunu güman etməyiblər. Digər bir ehtimala görə, iranlı hərbçilər raketlərin atıldığı nöqtənin ABŞ tərəfindən bilinib vurulmaması üçün bəzi sistemləri bağlayaraq fəaliyyət göstəriblər. Bu da vurulan təyyarənin sərnişin təyyarəsi olduğunu dəqiqləşdirməyə mane olub.
Qeyd edək ki, "Tor M-1" raketi Rusiya, Çin, İran, Misir, Belarusiya, Suriya, Ukrayna, Venesuela, Yunanıstan və dünyanın digər bir çox ölkəsində istifadə edilir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top