SEPAH Ukrayna təyyarəsini nə üçün vurduğunu AÇIQLADI


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukraynanın "Boeing 737-800" təyyarəsinin Tehranda vurulmasına görə tam məsuliyyəti öz üzərinə götürüb və vurma səbəbini açıqlayıb. 

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əmir Əli Hacızadə bildirib: "İran İslam İnqilabı Keşikçiləri Korpusu olaraq Ukrayna təyyarəsinin vurulmasının tam məsuliyyətini üzərimizə götürürük və hakimiyyətin alacağı istənilən əmrləri yerinə yetirməyə hazırıq". Əmir Əli Hacızadə təyyarənin səhvən necə vurulduğu barədə də danışıb. O, sərnişin təyyarəsini raketlə səhv saldıqlarını bildirib: "Hava hücumundan müdafiə operatorumuz təyyarəni "Cruise" raketi zənn etdiyi üçün vurub".
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani hadisəni böyük bir faciə və bağışlanmaz səhv adlandırıb. O, həlak olanların ailələrinə başsağlığı verib və təzminat ödənilməsi ilə bağlı tədbirlər görüləcəyini bildirib. Bundan əlavə istintaqın davam etdiriləcəyini, günahkarların cəzalandırılacağını vəd edib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top