AzTV-də kadr dəyişikliyi - Rövşən Məmmədov onu işdən çıxardı - FOTO

Azərbaycan Televiziyasında kadr dəyişikliyi baş verib. 

AzTV-nin sədri Rövşən Məmmədovun əmri ilə tanınmış telejurnalist və yazıçı Azər Qismət bir neçə ay bundan qabaq təyin olunduğu televiziyanın “Ədəbi-dram verilişləri” Baş redaksiyasının Baş redaktoru vəzifəsindən azad edilib. 

Onun yerinə tanınmış publisist, eyni zamanda telejurnalist Flora Xəlilzadə gətirilib. Azər Qismət isə onun müavini təyin edilib.

Xatırladaq ki, ötən il Flora Xəlilzadənin oğlu Bəhruz Niftəliyev Mədəniyyət kanalının direktor müavini təyin edilib.

(Konkret.az)

DİGƏR XƏBƏRLƏR

Top