19 yaşlı tələbənin deputatlığa namizədliyi qeydə alındı - FOTO


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin dairələr üzrə ilkin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, deputatlığa namizədlərin siyahısı MSK-nın saytında yerləşdirilib.
Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər fakültəsini bitirən və 18 yaşında magistraturaya qəbul olan Turana Tağıyeva da  2020 parlament seçkilərinə namizədliyini irəli sürmüşdü. Belə ki, onun namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsində qeydə alınıb.
Qeyd edək ki, Turana Tağıyeva 01.08.2000-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 18 yaşında magistraturaya daxil olub. Hal-hazırda işləmir.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top