Deputatlığa iki namizədin iş yerləri diqqət çəkir


Bu ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, oxu.az-a istinadən xəbər verir ki, siyahıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşının da adı var.
DTX-nin deputatlığa namizəd olan işçisi Rəşad Camalovdur. O, ixtisasca hüquqşünasdır.
R.Camalovun namizədliyi 46 saylı Şirvan seçki dairəsi tərəfindən qeydə alınıb.
R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.
Güc strukturlarından Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşı Jalə Əhmədova da deputat olmaq istəyən şəxslər siyahısındadır.
1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top