Vasif Talıbovun rəqibləri: Biri müəllim, digəri həkimdir

Milli Məclisə keçiriləcək seçkilərdə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputatlığa üç nəfər namizəd qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, onlardan biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdur.

Deputatlığa digər namizəd isə Etibar Məmmədovdur. O, müəllimdir. Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktorudur.

Digəri isə Mirvəli Seyidovdur. M.Seyidov həkimdir. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Mərkəzi Xəstəxanasının direktor müavinidir.

DİGƏR XƏBƏRLƏR

Top