Zelenskidən İranın Ukrayna təyyarəsini vurmasına CAVAB: "Tələb edirik!"


Ukrayna prezidenti Vladimir Zelenski İrandan günahını tam etiraf etməsini istəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə rəsmi “Facebook” səhifəsində qeyd edib.
“Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqətləri də özü ilə gətirdi. Beynəlxalq komissiyanın işi bitməmiş İran öz günahını etiraf etdi. Lakin biz İranın günahı tam etiraf etməsini tələb edirik! Bundan əlavə kompensasiya ödəmələrini, diplomatik kanallar vasitəsi ilə rəsmi üzr istəməsini və günahkarların cəzalandırılmasını istəyirik” – deyə, V.Zelenski qeyd edib.
Ukrayna lideri eyni zamanda İrandan tam və açıq istintaq aparılmasına təminat verməsini istədiklərini bildirib.
Qeyd edək ki, yanvarın 8-də Ukraynadan İrana səfər edən "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər dünyasını dəyişmişdi. Onların arasında İran vətəndaşları ilə yanaşı, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top