"Facebook" və "İnstagram" Süleymani ilə bağlı bu addımı atdı


"Facebook" şirkəti və ona məxsus "İnstagram" platforması iranlı general Qasım Süleymanini dəstəkləyən elanları silməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.  
Məlumata görə, “Facebook” şirkəti ABŞ-ın sanksiyaları altında çalışdığını qeyd edib. Belə ki, “ABŞ-ın qara siyahısı"na salınan şəxsləri tərifləyən və ya onların hərəkətlərinin davamlı olmasına çağıran şəxslərin hesabları silinir. Bununla bağlı, İranda insanları sosial şəbəkələri boykot etməyə çağırıblar və hesabın silinməsi ilə bağlı şikayətlər üçün hökumətin saytında bir bölmə yaradılıb.
Qeyd olunur ki, İslam Respublikasında ötən ilin noyabr ayında “Facebook” və “Twitter”ə giriş qadağan edilib və internet kəsilib.
Daha əvvəl məlum olub ki, ABŞ və İran Qasım Süleymaninin öldürülməsindən sonra gizli danışıqlar aparıb. Ölkələr İsveçrənin İrandakı səfirliyi vasitəsilə məlumat mübadiləsi ediblər.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top