İran Ukrayna təyyarəsini təsadüfən vurduğunu etiraf etdi


İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub. 

Yeniavaz.com xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

Açıqlamada bildirilir ki, təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurublar.

İranın İRİB dövlət televiziya və radio şirkəti isə məlumat yayıb ki, təyyarə bir insan səhvi nəticəsində təsadüfən vurulub. 

İranın Xarici İşlər naziri Cavad Zərif "Twitter" hesabında üzrxahlıq edib: "Kədərli gündür. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya səbəb oldu".

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top