Dairəvi formada “Android” smartfon təqdim edilib


İstehsalçıların smartfonların dizaynına dəyişiklik etmək cəhdlərinə baxmayaraq, əksər müasir cihazların korpusu düzbucaqlı formasındadır. Vaşinqtonda fəaliyyət göstərən “DTOOR” startapı dairəvi korpusa malik qeyri-adi aparat təqdim edib.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, korpusunun forması “ağıllı” saatı xatırladan “Cyrcle Phone” adlı yığcam smartfon 800x800 piksel təsvir ölçülü 3,45 düym diaqonallı dairəvi ekranla təchiz edilib. Aparatın özəlliyi qulaqlıqların qoşulması üçün iki ədəd 3,5 mm-lik audiokonnektora malik olmasıdır.
 
Yeni smartfon “SIM” kartlar üçün iki slot, “4G” modem, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Model standart  “Android 9” sisteminin idarəetməsi altında işləyir, proqramlar ənənəvi "düzbucaqlı" formatında göstərilir, istehsalçı gələcəkdə interfeysi dairəvi ekran üçün adaptasiya edəcəyinə söz verib. Foto və video çəkilişi üçün arxa qapaqda 13 meqapiksellik kamera nəzərdə tutulub, ön paneldə isə müvafiq təsvir ölçüsündə selfi modul yerləşdirilib.
“Cyrcle Phone” cihazının texniki xüsusiyyətləri:
 
Ekran: LCD, 3,45", 800x800
Əməli yaddaş: 2 QB
Daxili yaddaş: 16 QB
Akkumulyator: 2000 milliamper/saat
Əlaqə: 4G LTE, Bluetooth 4.2
Portlar: Micro-USB, USB Type-C, 2 x 3,5 mm-lik audiokonnektor.
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top