Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid olundu - VİDEO

Müğənni Damla Tovuz rayonunda yandırılaraq qətlə yetirilən Nərmin Quliyevanın məzarını ziyarət edib.
Bu ziyarət zamanı çəkilən videonu müğənninin prodüsseri öz “İnstagram” səhifəsində paylaşıb. İzləyicilər isə ifaçını özünü reklam eləməkdə ittiham edərək tənqid ediblər.
“Heç reklam yeridir, Damla? Bir gözün kamerada, bir gözün qəbirdə. Bəsdir, ayıbdır”, “Sakitcə gedib ziyarət edərdiniz, çəkiliş niyə edirsiz ki?”- deyə izləyicilər qeyd edib.
Lakin onu bu hərəkətinə görə alqışlayan insanlar da olub.
“Nərmini ziyarətə getmisiz, əhsən sizə”, “Damla hər zaman sadə insan olub”,- deyə onlar ifaçının ünvanına təşəkkür sözləri yazıblar. / Ölkə.az
 
Sözügedən videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top