Bu gecə 2020-ci ilin ilk ay tutulması yaşanır


2020-ci ilin ilk Ay tutulması başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yeniavaz.com-a daxil olan məlumata görə, birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verir.

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayır və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq.

Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top