Azərbaycanda məktəbyaşlı 5 qız 3-cü dəfə ana olublar - RƏSMİ


Azərbaycanda il ərzində 15-17 yaşlı analar tərəfindən 2129 uşaq doğulub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların 652-si şəhər yerlərində, 1477-si isə kənd yerlərində doğulub.
15-17 yaşlı analar tərəfindən doğulanların 1982-si ananın ilk uşağı, 142-si ananın ikinci uşağı, 5-i isə ananın üçüncü uşağı olub. 3 üşağı olan 15-17 yaşlı anaların 4-ü şəhər yerində, 1-i isə kənd yerində yaşayır.
Bundan başqa Azərbaycanda 19 yaşlı ananın 5-ci dəfə övladı dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top