Yevlaxda həmkəndlisinin evini talayan şəxs saxlanılıb


Yevlaxda həmkəndlisinə 1095 manat ziyan vuran oğru saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, rayonun Tanırqullar kənd sakini Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tanırqullar kənd sakini, əvvəllər məhkum olmuş Rasim Cəfərov saxlanılıb. Araşdırmalar zamanı onun 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlanmaqla həmkəndlisinə 1095  manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirlir.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top