YAP rəhbərliyinin böyük əksəriyyəti deputat ola bilməyəcək - TAM SİYAHI


Bu gün fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün lazım olan sənədlərin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.
Yeniavaz.com xəbər verir ki, bugünə kimi növbədənkənar parlament seçkilərində ən çox nаmizədlə iştirak edən partiya Yeni Azərbaycan Partiyasıdır. Belə ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə 123 namizədlə iştirak edəcək.
Maraqlıdır ki, YAP-ın qurucularının və rəhbərlərinin yer aldığı Siyasi Şurada təmsil olunan 84 nəfərdən yalnız 14 %-i (12 nəfər) seçkilərdə namizəd kimi iştirak edəcək. Bu həm də o deməkdir ki, YAP-ın Ali orqanı hesab olunan Siyasi Şura üzvlərinin böyük əksəriyyəti - 86%-i (72 nəfər) deputat ola bilməyəcək.
YAP Siyasi Şurasına üzv olan və seçkilərdə namizəd kimi iştirak edəcək şəxsləri təqdim edirik:
1 saylı Şərur-Sədərək Talıbov Vasif Yusif
2 saylı Şərur Həbibbəyli İsa Əkbər
4 saylı Naxçıvan şəhər İbrahimov Eldar Rza
5 saylı Şahbuz-Babək Novruzov Siyavuş Dünyamalı
21 saylı Nəsimi birinci İbrahimqızı Məlahət İbrahim
34 saylı Xətai ikinci Zabelin Mixail Yurieviç
40 saylı Kəpəz ikinci (Gəncə) Quliyev Musa İsa
41 saylı Sumqayıt birinci Hüseynova Hicran Kamran
45 saylı Abşeron Əsədov Oqtay Sabir
47 saylı Mingəçevir Mirzəzadə Aydın Böyükkişi
74 saylı Lənkəran kənd Rəcəbli Hadı Musa
76 saylı Lənkəran-Astara Əsgərov Ziyafət Abbas
 
YAP Siyasi Şurasının üzvlərini təqdim edirik:
  1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
  2. İsmət Abasov - təqaüdçü 
  3. Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
  4. Rövnəq Abdullayev - Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
  5. Vaqif Abdullayev - müvəqqəti işləmir
  6. Fatma Abdullazadə - təqaüdçü 
  7. Hacıbala Abutalıbov - təqaüdçü
  8. Elnur Aslanov - müvəqqəti işləmir
  9. Hüseynqulu Bağırov - müvəqqəti işləmir
  10. Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
  11. Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  12. Yaqub Eyyubov - Baş nazirin birinci müavini
  13. Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 
  14. Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
  15. Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
  16. Sədrəddin Əkbərov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi
  17. Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
  18. Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
  19. Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 
  20. Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 
  21. Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
  22. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini 
  23. Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
  24. Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri 
  25. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
  26. Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
  27. Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru
  28. Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri
  29. Oqtay Əsədov - Milli Məclisin sədri 
  30. Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru
  31. Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
  32. Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru
  33. Ziyafət Əsgərov - Milli Məclisin sədrinin birinci müavini, Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
  34. Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
  35. Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
  36. İsa Həbibbəyli - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın birinci vitse-prezidenti
  37. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
  38. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
  39. Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
  40. Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
  41. Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
  42. Vaqif Hüseynov - müvəqqəti işləmir
  43. İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru
  44. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
  45. David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
  46. Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
  47. Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
  48. Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
  49. Nazim İsmayılov - Saatlı rayon İcra Hakimiyyətinin başçısı
  50. Süleyman İsmayılov - Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
  51. Mirkazım Kazımov - Milli Məclisin deputatı, «Qasid» firmasının prezidenti
  52. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
  53. Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru
  54. Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  55. Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü 
  56. Musa Quliyev - Milli Məclisin deputatı
  57. Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri
  58. Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
  59. Yaqub Mahmudov - Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
  60. Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 
  61. Abel Məhərrəmov - akademik
  62. Rafiq Məmmədhəsənov - Milli Məclisin deputatı 
  63. Novruz Məmmədov - Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor
  64. Ramin Məmmədov - YAP Gənclər Birliyi sədrinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
  65. Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı
  66. Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 
  67. Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
  68. Aydın Mirzəzadə - Milli Məclisin deputatı
  69. Bahar Muradova - Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri
  70. Musa Musayev - müvəqqəti işləmir
  71. Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
  72. Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri 
  73. Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
  74. Seymur Orucov - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
  75. Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
  76. Hadı Rəcəbli - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
  77. Arif Rəhimzadə - Milli Məclisin Regional Məsələlər komitəsinin sədri
  78. Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru
  79. Dilarə Seyidzadə - təqaüdçü 
  80. Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
  81. Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
  82. Rizvan Vahabov - müvəqqəti işləmir
  83. Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
  84. Mixail Zabelin - Milli Məclisin deputatı
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top