Təyyarə qəzasında ölən xanımın həyat yoldaşı onun son zəngindən DANIŞDI – "QORXURAM..."


“Mən ayrılıram, amma... Geridə qoyduqlarım məni narahat edir. Geridə qoyduqlarım, geridə qoyduqlarım. Onlar üçün qorxuram”.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri yanvarın 8-də İranda qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsində həlak olan Şade Şadho adlı xanım sosial şəbəkədə paylaşım edərək deyib. O, təyyarə havaya qalxmadan iyirmi dəqiqə əvvəl həyat yoldaşı Həsən Şadho ilə danışaraq narahat olduğunu bildirib.
“ABŞ prezidenti Donald Tramp ötən həftə iranlı general Qasım Süleymaninin öldürülməsi əmrini verdikdən sonra Tehran və ABŞ arasında gərginlik yarandı. O, da bundan çox narahat və gərgin idi. Məndən onu müharibə olmayacağına inandırmağımı istədi. Mən də narahat olmamasını və heç bir şey olmayacağını dedim. Daha sonra isə sağollaşdıq”- deyə, Həsən Şadho bildirib.
10 ildir Şade ilə evli olan Həsən göz yaşlarını saxlaya bilməyib, qəzadan öncə həyat yoldaşının “İnstagram”da narahat olduğuna dair paylaşım etdiyini bildirib: “O, bunu hiss edirdi. Bununla bağlı yazı da yazmışdı: “Mən ayrılıram, amma... Geridə qoyduqlarım məni narahat edir. Geridə qoyduqlarım, geridə qoyduqlarım. Onlar üçün qorxuram””.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top