Ukrayna təyyarəsinin raketlə vurulmasına Zelenskidən AÇIQLAMA


Xəbər verdiyimiz kimi Pentaqonun rəsmi nümayəndəsi, ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndəsi, həmçinin İraqın xüsusi xidmət orqanlarının əməkdaşı Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda qəzaya uğramasına səbəb İranın zenit-raket kompleksindən atılan raketin olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə, təyyarənin raketlə vurulması istisna edilmir: "Təyyarənin İran raketi ilə vurulması istinsa edilmir. Ancaq bunlar fərziyyədir, məlumat hələ ki, təsdiqlənmiyib”.
Ukrayna lideri ABŞ, Kanada və İngiltərə hökümətlərini qəzaya dair dəlilləri təqdim etməyə çağırıb.
Qeyd edək ki, "New York Times" qəzeti göyərtəsində 176 nəfərin olduğu təyyarənin raketlə vurulmasının görüntülərini yayıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top