İrana bir zərbə də İsrail tərəfindən vuruldu


İsrailə aid pilotsuz təyyarələr İrana bağlı silahlı dəstəni hədəf alıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İsrail pilotsuz təyyarələri İraq-Suriya sərhəddində yerləşən İrana bağlı silahlı dəstəni vurub. Verilən məlumatlara görə, hücumda dəstənin silah depoları və yük avtomobilləri partladılıb. Suriya mətbuatı və ABŞ rəsmiləri xəbəri doğrulayıb.
Qeyd edək ki, Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İsrail baş naziri Bünyamin Netanyahu Donald Trampa dəstək vermişdi.
Ruslan Yusibov

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top