Xalq artisti Zaur Rzayevin qohumu kömək üçün efirə çıxıb.
Yeniavaz.com baku.ws istinadən xəbər verir ki, böyrəyin ciddi problem yaranan ağsaqqal kişi ARB-nin "Elgizlə izlə" proqramında əməliyyatına yardım edilməsini istəyib.
Hacıqabuldan gələn Vəlixan bəy xalq artisti ilə xala nəvəsi olduğunu deyib: "Anamın xalası oğludur. Məndən 2 yaş böyükdür, həmişə dayı demişik. Həm də qonşumuz olub. İndi mən Zauru neyləyirəm? Allah salamat etsin. Oturub yerində də. Böyrəyimdə daş var, sizdən kömək istəyirəm".
Aparıcı Elgiz Əkbər Vəlixan kişiyə kömək edəcəyinə söz verib.