Tanınmış polkovnik deputatlığa namizəd oldu - FOTO


Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə azvision.az-a tanınmış ekspert özü məlumat verib. Onun namizədliyi 56 saylı Xaçmaz kənd seçki dairəsindən qeydə alınıb.
Qeyd edək ki, Ş.Ramaldanov Uğurlu Horadiz əməliyyatının komandiri olub. Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib. Azərbaycan Milli Ordusu əməliyyat zamanı Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edib. 21 min hektar ərazi düşmən tapdağından azad edilib. Bu döyüşlərdə düşmənin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top