Tramp Süleymanini niyə öldürdüklərini AÇIQLADI


Donald Tramp İran generalı Qasım Süleymanini niyə öldürdüklərini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, D. Tramp Süleymaninin Bağdaddakı ABŞ səfirliyini partlatmaq niyyətində olduğunu, buna görə də onu zərərsizləşdirdiklərini bildirib.
Pentaqonun adını vermək istəməyən səlahiyyətlilərindən biri bu məlumatı təsdiqləyib.
Ağ Evdə jurnalistlərlə görüş keçirən D. Tramp Süleymanini canavar adlandırıb: “Biz o canavarı tutduq və öldürdük. Bunu daha əvvəl etməli idik. Səfirliyimizi partlatmaq istədikləri üçün bu addımı atdıq”.
D. Tramp Bağdaddakı ABŞ səfirliyinin yandırılması məsələsini də Süleymaninin təşkil etdiyini iddia edib: “Bu tamamilə planlaşdırılmış bir addım idi. Kimin təşkil etdiyini də bilirsiniz. Həmin şəxs artıq həyatda deyil. Onun ABŞ səfirliyini partlatmaqdan daha böyük xəyalları var idi”.

DİGƏR XƏBƏRLƏR

Top