Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb ​


ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.

Amerikalı lider Vaşinqtonun hansı sərt tədbirlərə əl atdığını bildirməyib.

ABŞ-ın İrana qarşı əvvəlcədən elan edilmiş sanksiyaları nə vaxt tətbiq edə biləcəyi ilə bağlı jurnalistlərin sualına isə Tramp: “dərhal”, - deyə cavab verib.

“İndi onlar əhəmiyyətli dərəcədə artırılıb. Mən bunu təzəlikcə Maliyyə Nazirliyi ilə təsdiqlədim”, - Tramp belə deyib.

ABŞ lideri söhbətin hansı sanksiyalardan getdiyinə toxunmayıb, ancaq əlavə edib ki, bununla bağlı müvafiq açıqlama veriləcək.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top