Ukrayna təyyarəsini İran raketi vurub - İDDİA

Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranda qəzaya uğramasına səbəb İranın zenit-raket kompleksindən atılan raket olub.
Belə bir versiyanı “Newsweek” qəzetinə Pentaqonun rəsmi nümayəndəsi, ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndəsi, həmçinin İraqın xüsusi xidmət orqanlarının əməkdaşı bildirib.
Qəzetin həmsöhbətləri bildirir ki, Pentaqonun qiymətləndirməsinə görə, Ukrayna təyyarəsi “yanlışlıqla vurulub”. Öz növbəsində “CBS News” mənbələrə istinadən xəbər verib ki, ABŞ peykləri təyyarə qəzasından bir qədər əvvəl “yer-hava” tipli iki raketin atıldığını qeydə alıb.
 
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı bu məsələyə münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, Tehran-Kiyev reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 176 nəfərin hamısı ölüb, onlardan 167 nəfəri isə müxtəlif ölkələrdən olan sərnişinlər olub./APA

DİGƏR XƏBƏRLƏR

Top