Xırdalanda oyun zalından oğurluq olub - ANBAAN VİDEO

Abşeron rayonunda naməlum şəxs obyektdən 1 ədəd "PlayStation 4" aparatını oğurlayıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Naməlum şəxs müştəri kimi daxil olduğu obyektdən oğurluq edib. Hadisə təhlükəsizlik komerası tərəfindən qeydə alınıb. Təxminən, yaşı 30-35 olan naməlum şəxs əvvəlcə müştəri kimi içəri daxil olaraq qəlyan sifariş edib. Daha sonra o, diqqətdən yayınaraq "PlayStation 4" aparatını oğurlayıb.

Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Fakatla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top