Azərbaycanda məktəbdə partlayış olub, xəsarət alan var - FOTO


Yevlaxda məktəbin qazanxanasında partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə ötən gecə Yevlax rayonunda yerləşən 1 saylı orta məktəbdə meydana gəlib. Qəfil baş verən partlayış daha sonra yanğına çevirilib. Bu zaman qazanaxanın yaxınlığında olan gözətçi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib.
Hadisə yerinə yanğınsöndürmə birqadası çağrılıb və alov söndürülüb. Hadisə zamanı ümumi sahəsi 36 m² olan qazanxanada 1 ədəd dolab yanıb. Partlayış dalğasının təsirindən qazanxananın pəncərə çərçivəsi də yerindən çıxıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.


Esmira Hidayətova, Yevlax
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top