Qasım Süleymanini öldürən erməni kimdir? – DOSYE + FOTOLAR


İsrail əsilli politoloq Aviqdor Eskin Qasım Süleymaninin öldürülməsinə görə ABŞ ordusunun erməni əsilli generalı Cefri Xaricyana təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
Məlumat üçün bildirək ki, Aviqdor Eskinin təşəkkür etdiyi general Cefri Xaricyan 2019-cu ilin may ayından etibarən NATO-nun birləşmiş hava qüvvələrinin komandanı təyin olunub.
Bu təyinata qədər erməni əsilli generalı ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandirinin müavini vəzifəsini icra edib. ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi hava əməliyyatlarının komandiri olub. Yaxın Şərqdə icra olunan fövqəladə planların hazırlanmasına başçılıq edib.
Bildirilir ki, bugünə kimi ABŞ ordusunda xidmət edən erməni əsilli şəxslər arasında ən yüksək rütbəni məhz Cefri Xaricyan daşıyır. Cefri Xaricyan 1962-ci ildə ABŞ-da anadan olub.  Bu şəxsin babaları ABŞ-a  Osmanlı İmperiyasından gəliblər. 
Erməni əsilli general orta məktəbi Nevada ştatında oxuyub. Daha sonra Kolorado da ABŞ Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. Orduda qırıcı pilot kimi xidmətə başlayıb.
2003-cü ildə İraqda həyata keçirilən hərbi əməliyyatları hazırlayanlardan biri olub.
Bundan başqa Cefri Xaricyan 1989-cu ildə Panamada keçirilən "Just Cause" əməliyyatında, İraqda  keçirilən "Səhra fırtınası" (1991) əməliyyatında, həmçinin Küveytin azad edilməsində yaxından iştirak edib.  
Cefri Xaricyan 2016-cı ildən general-leytenant rütbəsi daşıyır.





Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top