Aprel şəhidinin xanımı deputatlığa namizəd oldu - FOTO


Aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azvision.az-a şəhidin xanımı özü məlumat verib. O, 36 saylı Xətai dördüncü seçki dairəsini parlamentdə təmsil etmək istədiyini bildirib.
"Ən qısa zamanda imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edəcəyik. Çox istərdim ki, seçkidən qalib ayrılım".
Qeyd edək ki, P.Musazadə “Şəhid övladları və kimsəsiz uşaqlara yardim” İB-nin sədri kimi ictimai fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top