İranda qız uşaqlarına Süleymanin şəkli önündə səcdə etdirildi - VİDEO


ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin önündə qızların səcdə etdiyi görüntülər sosial şəbəkələrdə tənqid edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə bir neçə yeniyetmə qız İranın keçmiş dini lideri Xomeyni və ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin bəzədilmiş şəkilləri önündə səcdə ediblər. Masa üzərinə qoyulmuş fotoların ətrafında şamlar yandırılıb və qırmızı güllərlə əhatələnib. Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə sərt tənqid edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ tərəfindən raket hücumu nəticəsində öldürülən Qasım Süleymaninin dəfninə izdiham yaşanmış 50 nəfər dünyasını dəyişmişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top